Xızıda 157 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 26 Dek 2017 02:55:54 272 0

Xızıda 157 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 397 500 kv.m (39.75 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 25-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 157 ədəd partlamamış hərbi sursat (PHS), 303 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 204 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 397 500 kv.m (39.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 105 gün ərzində 23 950 ədəd partlamamış hərbi sursat (PHS), 15 565 ədəd partlamış-yanmış sursat qalıqları və 88 619 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 572 678 kv.m (7 657 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.