2017-ci ildə Tailandı rekord sayda turist ziyarət edib


İqtisadiyyat 26 Dek 2017 01:05:45 293 0

2017-ci ildə Tailandı rekord sayda turist ziyarət edib

Onların 1/3-ni çinlilər təşkil edib

2017-ci ildə Tailanda 35 milyon turist gəlib ki, bu da 2016-cı ilin göstəricisini 9 faiz üstələyir və rekord sayılır.

"Report" RFI-yə istinadən xəbər verir ki, turistlərin 1/3 hissəsini Çin vətəndaşları təşkil edib.

Bildirilir ki, bu vəziyyət iqtisadi baxımdan ölkə üçün sərfəldir. Çünki ÜDM-də turizmin sayı 9 faizi ötür, turizm sahəsi isə 6 milyona yaxın taylını iş ilə təmin edir.