Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın


Digərləri 26 Dek 2017 00:01:00 321 0

Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - gün ərzində ünsiyyət, xoş söhbətlər, əyləncəyə can atsanız da, hisslərinizi cilovlayın. Düzünü deyin: ciddi iş rejimi ilə son dəfə nə zaman çalışıbsınız? Yox, fikirləşməyin ki, siz işdə hamıdan çox zəhmət çəkirsiniz, rəhbərlik isə bunu görmür. Sadəcə, siz lazımi işləri görmür, lazımi adamlarla danışmır, lazımlı zaman irəliyə çıxmağa çalışmırsınız. Bu gün sizə məsul iş tapşırıla bilər.

Buğa - Bu gün ərzində evinizi bəzəmək, habelə əylənmək fikrinə düşə bilərsiniz. İşdən çıxandan sonra imkan varsa, nəqliyyatdan az istifadə edin, piyada gəzişin. Ailə üzvləri və qohumlarla münasibətlərdə problemlər yaranmayacaq. Sevdiyiniz insan bu gün sizə can atacaq.

Əkizlər - bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın. Tək çalışsanız, tezliklə yorulacaq, işdən bezəcək və əlinizdəki işi atacaqsınız. Dostlar və yaxınlarla birlikdə çalışsanız, iş şövqünüz itməyəcək, ətrafınızdakı insanlara da ruh verəcəksiniz. İşdə və ya çalışdığınız sahədə yeni əlaqələrin yaranma ehtimalı çoxdur.

Xərçəng - bu gün çox çətin situasiya ilə qarşılaşacaqsınız. Yaranmış vəziyyətdən çıxış yollarını tapmaq üçün yaxşıca düşünün. Sizi ciddi düşüncələrdən və fikirlərdən ayırmağa çalışacaqlar. Qıcıqlanmayın, sakit olun. İşdə dostlar və həmkarlarla fikir müxtəlifliyi, anlaşılmazlıq, hətta münaqişələr istisna deyil.

Şir - məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı səhvlərdən qoruyar. Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım istəyəcəklər. Lakin sevdiyiniz insan inadkarlığı ilə sizi narahat və nigaran qalmağa vadar edəcək.

Qız - həmişə başqalarının qayğısına qalaraq yaxınlarınızın problemlərini həll etməyə çalışırsınızsa, bu gün özünüzü düşünün. Əvvəl başladığınız işləri qaydaya salmaq, gələcəklə bağlı prioritet və planlar barədə düşünmək vaxtıdır. Məqsədinizə çatmaq üçün hiyləgərlik də edə bilərsiniz.

Tərəzi - bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız. Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.