İki avtomobil toqquşub, xəsarət alan var


Digərləri 25 Dek 2017 23:14:00 229 0

İki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin girişində "VAZ 2106" və "KİA" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "VAZ"-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.