İşığa görə yazılan borc ŞOKA SALDI


Digərləri 25 Dek 2017 22:46:00 254 0

İşığa görə yazılan borc ŞOKA SALDI

Amerikanın Pensilvaniya ştatının sakini Meri Xoromanski bir aylıq elektrik enerjisi üçün ona yazılan borcu sosial şəbəkələrdə paylaşaraq "Penelec" şirkətini biabır edib.

Son.az xəbər verir ki, Merinin sözlərinə görə, ona yazılan 284 milyard dollara yaxın borcu 2018-ci ilin noyabr ayına qədər ödəməli olduğu bildirilib:

"Mən şokdayam. Rəqəmləri görəndə dəli oldum. Bu şirkət nə danışır? Bu qədər enerji sərfiyyatını mən necə edə bilərdim axı? Bu borcu 2018-ci ilin noyabr ayına qədər deyil, hətta bütün əmlakımı satsam, 100 il də çalışsam ödəyə bilmərəm. Xahiş edirəm buna aydınlıq gətirilsin".


Xəbərə aid foto