"Kök oğlan idim, qız məni bəyənmədi"


Kriminal 25 Dek 2017 22:49:00 362 0

"Kök oğlan idim, qız məni bəyənmədi"

Ülvi Həsənli: “İnada düşüb, yay tətilində idmanla məşğul oldum, arıqlayıb yaraşıqlı görkəm aldım”

Ülvi Həsənli: "İnada düşüb, yay tətilində idmanla məşğul oldum, arıqlayıb yaraşıqlı görkəm aldım" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş" deyirik. Bu dəfə "Məktəb illəri" rubrikasının qonağı "Laləli saray" serialının gənc aktyoru Ülvi Həsənlidir.

Ülvi deyir ki, sənətinin başlanğıcı da elə məktəb illərinə təsadüf edir: "Mənim hansı sahəyə gedəcəyim elə o vaxtdan bəlli olmuşdu. Uşaqlıqdan incəsənətə həvəsim olub. Düzdür, futbola da marağım var idi. Amma atam futbolu davam etdirməyimi istəmədi. Ona görə də, teatrı seçdim. Məktəbdə olan tədbirlərdə kosa, keçəl rollarını mənə həvalə edirdilər. Deyərdim ki, elə bütün bayram tədbirlərində çıxış edirdim. Altıncı sinifdə oxuyanda məktəbin KVN komandasına qoşuldum. İlk dəfə idi ki, 6-cı sinifdən birini o komandaya götürürdülər. Bu, mənim həyatımda böyük əhəmiyyətə malik hadisə idi".