İnternetdə sürət rekordu qırıldı


Digərləri 25 Dek 2017 22:20:00 283 0

İnternetdə sürət rekordu qırıldı

Hazırda şirkətlər beşinci nəsil şəbəkəsinin işə salınması üzərində çalışdığı bir zamanda Çinin ən böyük mobil rabitə operatorlarından biri olan "China Unicom" şirkəti məlumatların "4G" texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb. Şirkət öz hədəfinə nail olmaq üçün "Snapdragon X20 Cat.18" modemi ilə təchiz edilmiş yeni "Qualcomm Snapdragon 845" prosessorundan istifadə edib.

Son.az "ICTnews"-a istinadən bildirir ki, "China Unicom" şirkəti sınaqlar zamanı 1155,8 Mbit/s sürətə nail olub. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, indi rekord göstərici hesab edilir.