Yeni imtahan modelinin layihəsi hazırdır RƏSMİ VİDEO


Digərləri 25 Dek 2017 21:39:00 250 1

Yeni imtahan modelinin layihəsi hazırdır  RƏSMİ  VİDEO

Hər ay dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.

Son.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Sədr bildirib ki, artıq 2 aydır bu prosesə start verilib.

Məleykə Abbaszadə 2019-cu ildə tətbiq ediləcək yeni imtahan modelindən də danışıb. O qeyd edib ki, layihə hazırdır və müvafiq qurumlara təqdim edilib.

Layihədə qəbul imtahanlarının bir neçə dəfə keçirilməsi məsələsi də öz əksini tapıb.