Uşaq musiqi məktəbinin açılışı olub (FOTO)


Digərləri 25 Dek 2017 21:01:00 223 1

Uşaq musiqi məktəbinin açılışı olub (FOTO)

34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bakı. 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib. Açılışda çıxış edən Ə.Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Ə.Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.