Elvira Nabiullina: "Rusiyanın bank sektoru daha 2-3 il təmizlənəcək"


İqtisadiyyat 25 Dek 2017 20:58:00 245 0

Elvira Nabiullina: "Rusiyanın bank sektoru daha 2-3 il təmizlənəcək"

Proses bir qədər sürətləndirilməlidir

"Rusiya bank sektorunun xoşagəlməz oyunçulardan təmizlənməsi prosesi daha iki il davam edəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina "Rossiya24" telekanalına müsahibəsi zamanı deyib.

"Bir müddət sağlamlaşdırma prosesi davam edəcək. Yayda qiymətləndirmə apararkən bunun 2-3 il olacağını ehtimal etmişdik. Yəqin ki, iki il olacaq. Çünki prosesi bir qədər sürətləndirməliyik. Bundan sonra elə bir dönəmə keçmək istəyirik ki, bu dönəmdə lisenziyaların alınması və sanasiya qərarları tək-tük hallarda olsun", - o əlavə edib.