Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa keçirilib (FOTO)


Digərləri 25 Dek 2017 20:54:00 219 0

Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa keçirilib (FOTO)

Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib. Trend-in məlumatına görə, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.