İngilis Tomas ƏmiralMudi "Sarı Gəlin" mahnısını belə oxudu VİDEO


Digərləri 25 Dek 2017 19:24:00 260 0

İngilis Tomas ƏmiralMudi "Sarı Gəlin" mahnısını belə oxudu  VİDEO

Böyük Britaniya vətəndaşı Tomas Əmirəl-Mudi Azərbaycanda yaxın qohumunun toy mərasimində Azərbaycanın qədim mahnısı olan "Sarı Gəlin" mahnısını ifa edib.

Son.az bildirir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Tomas Əmirəl-Mudi  Azərbaycanı və Türk dünyasını sevən şəxsdir. Evində Azərbaycan və Türkiyənin bayraqları var. Daima Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar oxuyur. Xüsusilə, ölkəmizdə gedən prosesləri ciddi şəkildə izləyir. Tez-tez Azərbaycana gəlir. 

Qeyd edim ki, Tomasın xalq mahnılarımızın öyrənməsində azərbaycanlı xanımı Röyalə Əmirəlin böyük rolu var. Övladları 5 yaşlı Əsgər və 3 yaşlı Yelizavet Əmirəllər milli ruhda tərbiyə alırlar.  Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmirəlin (Jonh Naimi Amiral)bacısıdır".