Zərərçəkmiş: "O, qardaşı Mirşahin Ağayevin adından istifadə edirdi"


Digərləri 25 Dek 2017 17:52:00 299 0

Zərərçəkmiş: "O, qardaşı Mirşahin Ağayevin adından istifadə edirdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bir 4 zərərçəkmiş dindirilib.

Həmin şəxslər ifadələrində qeyd ediblər ki, təqsirləndirilən M.Ağayev onları polisə və ASAN xidmətə işə düzəldəcəyi vədini verib, ümumilikdə 10 min manatdan çox pul alıb. Daha sonra M.Ağayev verdiyi vədə əməl etməyib.

Zərərçəkmiş Məmmədmirzə Tağıyev dindirilərkən söyləyib ki, təqsirləndirilən şəxs onu tikintiyə işə düzəltmək adı ilə ondan hissə-hissə 10 min manat pul alaraq qaytarmayıb. O həmçinin deyib ki, M.Ağayev qardaşı Mirşahin Ağayevin də adından istifadə edib: "Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin yaxşı əlaqələrinin olduğunu bildirdi. Bu işdə mənə köməklik edəcəyini qeyd etdi. Pulları da qardaşının adından istifadə edərək aldı".

Təqsirləndirilən M.Ağayev bəzi epizod üzrə ittihamları rədd edib.

Məhkəmənin növbəti iclası yanvarın 8-nə təyin olunub.