Moskvada avtobus metro keçidində gözləyən insanları vurub, 5 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO


Dünya 25 Dek 2017 16:25:04 288 0

Moskvada avtobus metro keçidində gözləyən insanları vurub, 5 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

Hadisə Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının piyada keçidində baş verib

 Rusiya paytaxtı Moskvada avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus metro stansiyasının keçidində gözləyən insanları vurub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının piyada keçidində baş verib. Polisin məlumatına görə, idarəetməni itirən sürücü avtobusu keçidin içinə sürüb.