Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq


Digərləri 25 Dek 2017 16:21:00 240 0

Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq

Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Turizm Təbliğat Bürosunun əməkdaşı Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb:

"Məqsəd ölkəyə gələn turistlərə lazımi yerlər barədə məlumat vermək və onlara yardım etməkdir. Həmin mərkəzlər vasitəsilə turistlər Azərbaycanın turizm zonaları barədə konkret məlumatlar ala biləcəklər. Turistlər həmin mərkəzlərə həmçinin Azərbaycanda qarşılaşdıqları problemlər barədə məlumat verəcəklər".