Dəmir yolunda gücləndirilmiş iş rejiminə keçildi FOTO


Digərləri 25 Dek 2017 15:51:00 282 0

Dəmir yolunda gücləndirilmiş iş rejiminə keçildi  FOTO

Yeni təqvim ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.

Bu barədə Son.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır.


Xəbərə aid fotolar