İtaliya kanalından 2018-ci il dünya çempionatı ilə bağlı etiraz


İdman 25 Dek 2017 15:40:00 286 0

İtaliya kanalından 2018-ci il dünya çempionatı ilə bağlı etiraz

İtaliyanın "Rai" telekanalı İtaliya Kubokunda "Juventus" və "Torino" arasında keçiriləcək oyunu şərhsiz yayımlayacaq. Goal.az "Tuttosport"a istinadən xəbər verir ki, kanalın əməkdaşları tətil elan ediblər. Bunun səbəbi İtaliyada 2018-ci il dünya çempionatının işıqlandırma hüquqlarının "Mediaset" kompaniyasına satılmasıdır. "Mediaset" 64 oyunun hamısını canlı təqdim edəcək.

İtaliya Kubokunun 1/4 finalında Turin derbisi yavarın 3-ü baş tutacaq. "Rai" kanalı tarixində ilk dəfə mundialın oyunlarını canlı yayımlamayacaq.