"Manchester City" müdafiəçisi ilə müqavilə yenilədi


İdman 25 Dek 2017 15:22:00 269 0

"Manchester City" müdafiəçisi ilə müqavilə yenilədi

Argentina millisinin üzvü Nikolas Otamendi "Manchester City" ilə müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu klubla 2022-ci ilin iyununa kimi yeni anlaşmaya imza atıb. Əvvəlki müqavilə 2020-ci ildə başa çatmalı idi.

Otamendi "City"yə 2015-ci ilin avqustunda "Valencia"dan keçmişdi. O, ingilis klubunda 115 oyuna 7 qol vurub.