Jurnalistin atasını öldürən şəxsə


Digərləri 25 Dek 2017 14:21:39 243 0

Jurnalistin atasını öldürən şəxsə

Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

S.Qarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

İ.Əlizadə hökmdən narazı olduğunu deyərək, apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Heydər Yusif-zadə çıxış edib. O, S.Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.