Bakıda alternativ teleqüllə istifadəyə verildi


Digərləri 25 Dek 2017 14:04:24 291 0

Bakıda alternativ teleqüllə istifadəyə verildi

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktika işləri aparılarkən işə salınacaq.

Əvvəlcə alternativ teleqülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.