İşə düzələn 17 yaşlı qız tanış olduğu kişidən hamilə qaldı


Dünya 25 Dek 2017 13:54:50 224 0

İşə düzələn 17 yaşlı qız tanış olduğu kişidən hamilə qaldı

Türkiyənin Adana şəhərində uşağını 6 min lirəyə satdığı iddia edilən 17 yaşlı qızın, bir müddət sonra körpəni geri qaytarmaq üçün ailəni təhdid etdiyi ortaya çıxıb. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, B.Ö. (17) bir il öncə çalışmaq üçün Antaliyaya gedib. Burada işləyərkən aşiq olduğu kişiylə birlikdə yaşayan B.Ö. yenidən Adanaya qayıdıb. B.Ö. qayıtdıqdan bir müddət sonra hamilə olduğunu öyrənincə, yaşadığı kişi ilə əlaqə saxlayıb. Ancaq kişi uşağı qəbul etməyib. Bundan sonra, B.Ö. məhəllələrində uşaqları olmayan 14 illik evli Mustafa və Zehra D. cütlüyünün yanına gedərək hamilə olduğunu, uşağını 6 min lirə qarşılığında sata biləcəyini söyləyib. Ailə bu təklifi qəbul edib. B.Ö. hamiləliyinin son iki ayını bu ailənin yanında keçirib. Doğuş etdikdən sonra da ailə uşağı Umut Hasan ismiylə öz üzərinə yazdırıb.

Mustafa D. qıza istədiyi puldan 500 lirə verə bilib. Aradan 3 ay keçdikdən sonra uşağı geri qaytarmaq istəyən B.Ö. ailəni təhdid etməyə başlayıb. Bundan sora Mustafa D. təhdidlərdən bezib polis idarəsinə gedərək hər şeyi danışıb. Mustafa D.-nin ifadəsi sonrası B.Ö., anası Naide Y., Mustafa D., arvadı Zehra D. saxlanılıblar. Şübhəlilər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.


Xəbərə aid foto