Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"


Siyasət 25 Dek 2017 13:44:00 296 0

Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Son.az xəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində