Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konserttamaşa təqdim edilib FOTO


Kriminal 25 Dek 2017 13:46:00 251 0

Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konserttamaşa təqdim edilib  FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.

Tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirin aparıcısı qonaqları salamlayaraq, xalq artisti haqqında ətraflı məlumat verib. Bildirib ki, Şövkət Məmmədova 1897-1981-ci illərdə yaşamış Azərbaycan qadın müğənnisi-lirik koloratur soprano səsli, Azərbaycan ifaçılıq sənətinin tarixi simalarından olub.