Monqolustan Prezidenti İlham Əliyevə zəng edib


Siyasət 25 Dek 2017 13:05:05 277 0

Monqolustan Prezidenti İlham Əliyevə zəng edib

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.