Fellaini "Manchester united"in təklifindən imtina edib


İdman 25 Dek 2017 13:00:00 256 0

Fellaini "Manchester united"in təklifindən imtina edib

"Manchester United"in yarımmüdafiəçisi Maruan Fellaini klubunu dəyişmək üzrədir. Goal.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu "manikunianlar"ın yeni müqavvilə təklifindən imtina edib. O, yanvardan başqa klubla müstəqil danışıq aparmaq hüququna sahib olacaq. Belçikalı havbekə Çindən maraq göstərilsə də, "Beşiktaş"ın da onun xidmətlərində maraqlı olduğunu məlumdur.

Fellaini "Manchester United"ə 2013-cü ildə "Everton"dan keçib. Bu mövsüm Premyer Liqanın 9 oyununda forma geyinən 30 yaşlı futbolçu 3 qol vurub.