Azər Türk Bankdan #SavabaOrtaqlıq


Digərləri 25 Dek 2017 12:35:00 232 0

Azər Türk Bankdan #SavabaOrtaqlıq

Dövlət bankı Azər Türk Bank rəhbərliyi hər il  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına, müxtəlif universitetlərin SABAH qrupları və ASAN Xidmət könüllülərinin də daxil olduğu olduğu 11 nəfər üçüncü kursda oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş tələbənin bir illik  təhsil haqqının ödənilməsi barədə qərar vermişdir.

Xatırladaq ki, bu ilin Novruz bayramında Azər Türk Bank 10 tələbənin bir illik təhsil haqqını ödəmişdir.

Qeyd edək ki, "SABAH" Karyera Akademiyası ilk "SABAH" məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən on bir ali təhsil müəsisəsində yaradılıb.

Layihə "SABAH" Karyera Akademiyasının rəsmi tərəfdaşı olan dövlət bankı "Azər Türk Bank"ın təşəbbüsü ilə həyata keçirilir.