“Milan”dan gözlənilməz addım


İdman 25 Dek 2017 12:19:00 226 0

“Milan”dan gözlənilməz addım

İtaliyanın “Milan” klubu sabiq baş məşqçisi Vinçentso Montellanı yenidən komandaya qaytara bilər.

Goal.az xəbər verir ki, belə bir iddianı “Football Italia” nəşri yayıb. “Milan” 43 yaşlı italiyalı mütəxəssisi uğursuz nəticələr səbəbindən noyabrın 27-də istefaya göndərmişdi. Əvəzində 39 yaşlı Cennaro Qattuzonu baş məşqçi postuna gətirən klub rəhbərliyi bu qərarına daha da peşman olub. Çünki Milan təmsilçisində Qattuzonun gəlişindən bəri vəziyyət daha da pisləşib. Komanda yeni baş məşqçi ilə 4 oyuna cəmi 4 xal qazanıb.

“Milan”ın Montellanı geri qaytarmasına son nəticələrin uğursuz olmasıyla yanaşı, daha bir səbəb var. Məsələ burasındadı ki, rəhbərlik Vinçentso ilə müqaviləyə hələ də xitam verməyib. Bu üzdən də onun yenidən baş məşqçi postuna gətiriləcəyi qeyd olunur.

Komanda hazırda A Seriyasında 24 xalla 11-ci pillədə qərarlaşıb və lider “Napoli”dən 21 xal geri qalır.