Rusiya İxrac Mərkəzi Azərbaycana ixracı dəstəkləyir


Digərləri 25 Dek 2017 12:02:00 225 0

Rusiya İxrac Mərkəzi Azərbaycana ixracı dəstəkləyir

Rusiya İxrac Mərkəzinin Rusiya şirkətlərinin Azərbaycanda dəstəklənməsi üzrə portfeli 500 milyon dollara yaxın təşkil edib

Bakı. Ənvər Məmmədov - Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinə dəstək üzrə portfeli təqribən 500 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bunu "Rusiya İxrac Mərkəzi" Şirkətlər Qrupunun rəhbəri Pyotr Fradkov mərkəzin Azərbaycandakı nümayəndəliyinin açılışı mərasimində deyib.