Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur


Digərləri 25 Dek 2017 11:51:00 193 0

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət mühitini müşahidə etmirik.

Bakı. İlhamə İsabalayeva - "Biz istərdik ki, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən namizədlərin sayı vakant yerlərin sayından iki dəfə çox olsun. Belə olduqda rəqabət mühiti yaranar. Amma biz bu rəqabət mühitini müşahidə etmirik". Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, dövlət orqanları tərəfindən DİM-ə 1461 yer təqdim olunub. M.Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək: "Bu, qanunvericilikdə də nəzərdə tutulub. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üçün iki imtahan keçirilib. Gələn ay B qrupu üzrə sertifikatlar imtahandan uğurla keçən namizədlərə təqdim olunacaq".