"Dünya dövlətləri verdiyi bəyanatlara əməl etməsə, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası mümkün olmayacaq"


Digərləri 25 Dek 2017 11:41:00 281 0

"Dünya dövlətləri verdiyi bəyanatlara əməl etməsə, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası mümkün olmayacaq"

Əgər dünya dövlətləri verdiyi bəyanatlara əməl etməyəcəksə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi mümkün olmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu" mövzusunda konfransda çıxışı zaman deyib.

Z.Əsgərov bildirib ki, bu gün dünyada, xüsusən də Afrika ölkələrində ciddi aclıq problemi mövcuddur: "Ötən əsrdə Afrika dövlətləri müstəqillik əldə etsələr də, o vaxta qədər onların bütün sərvətləri talanmışdı. Bu gün də Afrikadan Avropaya miqrant axını həmin problemlərlə bağlıdır".

Birinci vitse-spiker qeyd edib ki, bu gün dövlətlərin verdiyi bəyanatlarla əməlləri bir olsa, bu problemləri həll etmək olar: