Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu (FOTO)


Digərləri 25 Dek 2017 11:32:00 199 0

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında keçirilən müsabiqədə qalib olub.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında keçirilən müsabiqədə qalib olub. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi BP-nin bütün ölkələrdən olan təcrübəçilərinin təcrübə keçdiyi müddətdə fəaliyyətini əks etdirən şəkillər və xatirələri öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub. Müsabiqənin nəticələrinə əsasən, tələbəmiz qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan GoPro qazanıb.