205 nəzarətçi müəllim işindən uzaqlaşdırıldı


Digərləri 25 Dek 2017 11:22:00 269 0

205 nəzarətçi müəllim işindən uzaqlaşdırıldı

Bu il Dövlət Imtahan Mərkəzinin keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

Son.az Trend -ə istinadən xəbər verir ki, bunu bu gün Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.