Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır


Digərləri 25 Dek 2017 11:22:00 196 0

Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” adlı konfransda çıxışı zaman deyib. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan bu Məqsədlərin həyata keçirilməsi ilə əlaqədar xüsusi milli şura yaradıb. Şuraya kifayət qədər yüksək statuslu dövlət rəsmiləri cəlb edilib: “Bir çox dövlətlərdə Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır. Azərbaycan hökuməti layihənin həyata keçirilməsinə kifayət qədər həssaslıqla yanaşır”. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi ilə bağlı könüllü milli hesabatı bu il iyulun 19-da BMT-yə təqdim edilib: “Hesab edirəm ki, bu hesabat xüsusi diqqətlə qarşılanıb”. O qeyd edib ki, Azərbaycan Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparır: "Bütün dövlət strukturlarına Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr göstərilib". Ə.Əhmədov əlavə edib ki, parlament Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçriilməsində də xüsusi rol oynayır: “Qanunlar parlamentdə qəbul olunur, ona görə də parlament bu layihənin həyata keçirilməsində mühüm rol oynayır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin