1500 klub Antalyaya gəlir


İdman 25 Dek 2017 10:49:00 303 0

1500 klub Antalyaya gəlir

2018-ci ilin yanvar – aprel aylarında 1500-dən çox futbol komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

Goal.az xəbər verir ki, bu barədə ölkənin İdman Turizm Birliyinin sədri Recep Şamil Yaşacan bildirib:

“İdman turizmi Türkiyə üçün çox önəmlidir. Bunu dövlət və özəl sektor olaraq gözardı etməməliyik. Dünyada idman turizminin ümumi gəliri 200 milyard dollardır. Bunun 1 milyard dolları Türkiyənin payına düşür. Futbol turizmi Türkiyəni dünyaya tanıdır. Almaniya, Belçika, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, İran, Serbiya, Xorvatiya, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan və bir çox ərəb ölkəsi burada təlim-məşq toplanışı keçib”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısı qış fasiləsində Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Həmçinin Azərbaycan milli komandası və yerli hakimlər də yanvar – fevral aylarında Türkiyəyə yollanacaqlar. (TRT 1)