Oğlan 16 yaşlı sevgilisinin valideynlərini öldürdü FOTO


Dünya 25 Dek 2017 10:58:00 252 0

Oğlan 16 yaşlı sevgilisinin valideynlərini öldürdü  FOTO

Cinayətlə bağlı araşdırma aparılır

Amerikada yeniyetmə sevgilisinin valideynlərini öldürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 17 yaşlı oğlan 16 yaşlı sevgilisinin valideynlərini onları ayırmaq niyyətində olduqlarına görə güllələyib.

43 yaşlı qadın və 48 yaşlı əri Virciniya ştatındakı evlərindən ölü halda tapılıb. Polislər evə gələndə 17 yaşlı oğlan ağır yaralı olub. Belə ki, o, qızın valideynlərini öldürdükdən sonra intihara cəhd edib.

Qətlə yetirilənlərin qonşuları Washington Post-a bildirib ki, cütlük iyun ayından bəri qızlarının sevgilisi tərəfindən təhdid olunub.


Xəbərə aid fotolar