Şahdağa 11 sm qar yağıb


Digərləri 25 Dek 2017 10:53:00 191 0

Şahdağa 11 sm qar yağıb

Dekabrın 24-ü gündüzdən 25-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Bakı. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində dekabrın 24-ü gündüzdən 25-i səhərədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü qərb küləyi əsib.