Kənan M.M İradənin klipindəki 12 illik sirri açdı VİDEO


Digərləri 25 Dek 2017 10:50:00 227 0

Kənan M.M İradənin klipindəki 12 illik sirri açdı  VİDEO

Kənan M.M 12 ildir bir çox tamaşaçı üçün qaranlıq qalan məqamların üstünü açıb.

Son.az xəbər verir ki, rejissor illər öncə İradə İbrahimovanın mahnısına çəkdiyi klipdən bir fraqmenti paylaşaraq bəzi detallara toxunub.

Kənanın sözügedən paylaşıma yazdığı şərhi təqdim edirik:

"Siz selfi sözünü bilməyəndə biz İradə İbrahimova ilə 2005-ci ilin yay aylarında selfini kəşf elədik. Yeri gəlmişkən klipdə gördüyünüz gitara ifaçısı hamının "Fəlakət" kimi tanıdığı Elişkodu. Gözəl və səmimi illər idi... Uzun illər keçməsinə baxmayaraq nə bu səs, nə bu mahnı, nə bu klip unudulmur. Bilirsiz niyə? Çünki o zaman hər kəs öz işi ilə məşğul idi. Axı həmdə əfsanələr unudulmur. Hər şey Azərbaycan üçün, sizi sevirəm. Allah yurdumu qorusun. Bəstəkar Gövhər Həsənzadə".