32 yaşlı şəxsin damarlarını doğradılar


Digərləri 25 Dek 2017 10:35:00 245 0

32 yaşlı şəxsin damarlarını doğradılar

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Ərəb kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Elsevər Fazil oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.