UNEC kollektivi iməcilik keçirib (FOTO)


Digərləri 25 Dek 2017 10:32:00 232 0

UNEC kollektivi iməcilik keçirib (FOTO)

UNEC kollektivi iməcilik keçirib.

Bakı. Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.