6 yaşlı qız evsizlərə kömək etmək üçün hekayə yazıb, satır FOTO


Dünya 25 Dek 2017 10:26:00 312 0

6 yaşlı qız evsizlərə kömək etmək üçün hekayə yazıb, satır  FOTO

Dekabr ayında uşaqların çoxu "Şaxta baba"nın nə gətirəcəyini düşünsələr də, 6 yaşlı Amelia Campbell (Ameli Kampbel) bu cəhətdən yaşıdlarından fərqlənir.

Son.az Independent-ə istinadla xəbər verir ki, Londonda yaşayan Ameli hər gün anası ilə birlikdə dərsdən çıxıb evə gedərkən küçədə yatan evsiz insanlarla rastlaşıb. O, anasına "bu insanlar niyə küçədə yatırlar?", "Bu insanların anaları ataları yoxdur?", "Onlar da bizimlə birlikdə evə gələ bilərlər?" kimi suallar verib.

Amelinin anası Cessi Kampbel Independent-ə danışarkən ona cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

"Bəzi insanların kimsəsiz qaldığını, bəzilərinin qaçqın olduqlarını, hər kəsi evə gətirməyin düzgün olmadığını ona başa saldım. Lakin onun bəzi suallarına cavab verməkdə çətinlik çəkirəm", - deyə Cessi Kampbel deyib.


Xəbərə aid fotolar