Livanlı taksi sürücüsü Britaniya diplomatını qətlə yetirməsinin səbəblərini açıqlayıb


Dünya 25 Dek 2017 08:54:22 271 0

Livanlı taksi sürücüsü Britaniya diplomatını qətlə yetirməsinin səbəblərini açıqlayıb

Dindirilmə zamanı o, öz əməlini qadının qısa ətəkdə olması ilə izah edib

"Uber"in livanlı taksi sürücüsü Tarek Hauçi Böyük Britaniya səfirliyinin əməkdaşı Rebekka Dayksı nə üçün zorlayaraq öldürmək qərarına gəldiyi barədə danışıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, dindirilmə zamanı öz əməlini qadının qısa ətəkdə olması ilə izah edib.

Hauçi əlavə edib ki, qadın əcnəbi olub və o, hesab edib ki, cəzasız cinayət etmək asan olacaq.

Sürücü bundan əvvəl Dayksı öldürdüyünü etiraf edib.

KİV-in məlumatına görə, Beyrutda Britaniyanın Livandakı səfirliyinin əməkdaşının meyiti dekabrın 17-də tapılıb.