Bakıda barmağında üzük qalan şəxsə yardım edilib


Digərləri 25 Dek 2017 08:52:00 263 0

Bakıda barmağında üzük qalan şəxsə yardım edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzük qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından kəsib çıxarıblar.