Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb
Kriminal 25 Dek 2017 08:33:00 238 0
Hadisə "Abşeron" marketin qarşısında baş verib
Abşeronun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Son.az report.az-a istinadən bildirir ki, 1990-cı il təvəllüdlü Əkbərov Abidin Şahverdi oğlu "Abşeron" marketin qarşısında tanışı ilə əlbəyaxa olub. Bu zaman o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Mənbə: milli.az