Bakıda sərxoş sürücü avtomobil ilə qarşı zolağa çıxaraq qəza törədib FOTO


Digərləri 25 Dek 2017 08:25:00 257 0

Bakıda sərxoş sürücü avtomobil ilə qarşı zolağa çıxaraq qəza törədib  FOTO

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində sərxoş sürücü qəza törədib.

Son.az report.az-a istinadən bildirir ki, Şahin Qasımov idarə etdiyi "10-XJ-989" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil ilə yol hərəkəti qaydasını kobud şəkildə pozaraq əks yola çıxıb və bu zaman qarşı zolaqda hərəkətdə olan 1991-ci il təvəllüdlü Paşayev Babək İxtiyar oğlunun sükanı arxasında olduğu "99-LR-742" dövlət qeydiyyat nişanlı "Mercedes"in sol yan hissəsinə çırpılıb.

"Hundai" toqquşmadan sonra beton çəpərə çırpılaraq deformasiyaya uğrayıb. Zərbənin gücündən "Mercedes"in arxa təkərləri qırılıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb. "Mercedes"in sürücüsü B.Paşayev və 1991-ci il təvəllüdlü sərnişini Rzayev Paşa ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən sürücü isə üz nahiyəsindən yüngül xəsarətlər aldığından ona təcili yardım xidməti tərəfindən ilkin yardım göstərilib.


Xəbərə aid fotolar