BMT-nin büdcəsi növbəti iki ildə təqribən 5,4 milyard dollar təşkil edəcək


Dünya 25 Dek 2017 08:10:40 244 0

BMT-nin büdcəsi növbəti iki ildə təqribən 5,4 milyard dollar təşkil edəcək

Qurumun müntəzəm büdcəsi 193 üzv dövlətin haqları hesabına formalaşır

BMT-nin növbəti 2 il üçün büdcəsi 5,395 milyard dollar təşkil edəcək. Bu barədə yekun sənəd BMT Baş Assambleyası (BMT BA) tərəfindən qəbul olunub.

“Report” xəbər verir ki, qurumun baş katibi Antoniu Quterreş əvvəlcə növbəti iki il üçün 5,4 milyard dollardan çox vəsait istəmişdi.

İlkin müzakirələr BMT BA-nın inzibati və büdcə məsələləri üzrə beşinci Komitəsində aparılıb.

Qurumun müntəzəm büdcəsi 193 üzv dövlətin üzvlük haqları hesabına formalaşır. Ödənişlər ölkənin ödəmə qabiliyyətliliyi, həmçinin ÜDM-i və adambaşına düşən gəlirləri əsasında hesablanır. Fərdi ödənişin məbləği ümumi büdcənin 22%-dən çox olmamalıdır.

Ən böyük məbləğ ənənəvi olaraq ABŞ-ın payına düşür.