Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir


Digərləri 25 Dek 2017 08:07:00 373 0

Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir

Azərbaycanda "halal" hotellər olmasa da, onlara tələbat kifayət qədərdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı Rəhman Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu tip hotellərə marağın yüksək olmasına baxmayaraq, onlar hələ ki, fəaliyyət göstərmirlər: "Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, "halal" hotel olmasa da, hotellərdə dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmirlər. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, müştərinin istəyi nəzərə alınsın. Lakin buna baxmayaraq, hotellər yenə də tam "halal" hotel kimi xidmət göstərmirlər".

Mütəxəssis qeyd edib ki, Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir.