116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ


Digərləri 25 Dek 2017 07:35:00 330 0

116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ

ABŞ-ın Kaliforniya əyalətindəki bir yanğınsöndürmə binasında asılan lampa 116 ildir ki, fasiləsiz olaraq yanmaqdadır.

Son.az xəbər verir ki, 1901-ci ildən bəri yanan lampa müxtəlif fasilələrlə yaşanan 3 elektrik kəsilməsi xaricində heç vaxt sönməyib.

Lampanı hazırlayan və yanğınsöndürənlərə hədiyyə edən isə Adolf Çaylet olub. O, dövrünün böyük alimi Tomas Edison ilə rəqabətdə olub və ən yaxşı lapmanı icad etmək mövzusunda iddiaya girib.

Bu dözümlü lampanın qəribə hekayəsinin yalnız 1972-ci ildə fərqinə varılıb. 2001-ci ildə lampanın 100 illiyi şərəfinə yanğınsöndürmə binasında parti də təşkil edilib.