Bakıda metal qəbul edən şəxslərə iradını bildirən kişi döyülüb


Sosial 25 Dek 2017 02:27:39 281 0

Bakıda metal qəbul edən şəxslərə iradını bildirən kişi döyülüb

Davaya həmin şəxslərin yüksək səslə müştəri səsləməsi səbəb olub

Bakıda metal qəbul edən şəxslər orta yaşlı kişini döyüblər.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, İlqar Cümşüdov küçəsində baş verib.

1981-ci il təvəllüdlü Bəşirov Heybət Firuz oğlu pərakəndə şəkildə metal qəbul edən şəxslərlə mübahisə edib. O, yaşadığı evin yerləşdiyi küçədə yüksək səslə müştəri səsləyən üç nəfərlə əlbəyaxa olub. Bu zaman kişi döyülərək orta-ağır bədən xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.