Sahibsiz heyvanlara sahib çıxan Gülnarə Qurbanova VİDEO


Digərləri 24 Dek 2017 21:50:00 310 0

Sahibsiz heyvanlara sahib çıxan Gülnarə Qurbanova  VİDEO

Abşeron rayonu, Digah qəsəbəsinin sakini Gülnarə Qurbanova heyvanlara olan sevgisi ilə tanınır.

Son.az bildirir ki, o, yollarda, yaşayış massivində olan sahibsiz it və pişiklərə sahiblənir, onları evinə gətirərək qidalandırır. Artıq ev şəraitində 50-dən çox it və pişiyə baxır.

Gülnarə Qurbanova bu sahədə təcrübəyə malik olduğundan xəstə heyvanlara lazımi iynə vurur, ehtiyac olanları isə rahatlıqla əməliyyat edə bilir.

Onun sözlərinə görə, ay ərzində heyvanların bəslənməsinə 300-500 manat arası pul xərcləyir. Müsahibimiz istəyənlərə bu heyvanlardan verdiyini deyir.