Bakıda orta yaşlı qadın döyülərək qabırğaları sındırılıb


Sosial 24 Dek 2017 20:42:07 247 0

Bakıda orta yaşlı qadın döyülərək qabırğaları sındırılıb

Hadisə küçədə baş verib

Bakının Nəsimi rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb.

Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.